İrəvan sülh addımları atmağa məcburdur. Görünür, özünüqoruma instinkti mövcuddur.
AzerTimes xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Mixail Belyayev deyib.
“İrəvan başa düşür ki, bəzi qırmızı xətlər var ki, onları keçməmək daha yaxşıdır və əks halda vəziyyət onlar üçün mənfi istiqamətdə inkişaf edəcək. Ona görə də onlar müəyyən sülhyönümlü addımlar atmalıdırlar. Onlar başa düşürlər ki, növbəti silahlı münaqişə ssenarisi hələlik Ermənistana yaxşı heç nə gətirə bilməz”, – o bildirib.
Belyayevin sözlərinə görə, İrəvan indi tammiqyaslı xarici dəstəyə arxalana bilməz:
“Nəsə olarsa, Qərb fəal şəkildə kömək etməli olacaq, amma indi Ermənistana vaxtı yoxdur. İndi Qərbdə belə arqumentlər var ki, Rusiyaya qarşı ikinci cəbhə açıb onu başqa münaqişəyə cəlb etmək yaxşı olardı. Amma göz qabağındadır ki, Qərbdə Ukraynaya xərclənən vəsaitlə bağlı sosial gərginlik qızışır – müxtəlif ölkələrdə vətəndaşlar vəziyyətdən getdikcə daha çox narazılıq edirlər. Yaxın Şərq münaqişəsi də var. Və Qərbə başqa bir münaqişə gətirilərsə, sosial gərginlik aşıla bilər”.