İrəvan bəyanatı təhrif etdi və destruktiv tərəfi “göstərdi”

İrəvan bəyanatı təhrif etdi və destruktiv tərəfi “göstərdi”

10 noyabr 2020-ci il bəyanatında və Rusiya prezidentinin daha sonra imzaladığı fərmanda Rusiya FTX-sinin nəzarətindən daha çox, monitorinqindən bəhs edilir.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan XİN başçısının müavini Vaan Kostanyan deyib.

“Kommunikasiyaların açılması müzakirə edilir. Ermənistan üçün çox vacibdir ki, kommunikasiyaların blokdan çıxarılması qarşılıqlılıq nəzərə alınmaqla tərəflərin yurisdiksiyası və suverenliyi prinsipi əsasında baş versin.

Müvafiq bəyanatın imzalandığı 2021-ci il yanvarın 11-dən etibarən Ermənistan bu məsələdə konstruktivlik nümayiş etdirib və nümayiş etdirməkdə davam edəcək, çünki biz infrastruktur və nəqliyyat əlaqələrinin açılmasında maraqlıyıq.

Erməni tərəfi üçün kommunikasiyaların blokdan çıxarılmasının suverenlik və yurisdiksiya çərçivəsində baş tutması vacibdir. Əgər biz hələ də suverenlik və yurisdiksiya çərçivəsində kommunikasiyaların blokdan çıxarılmasını kağız üzərində dəqiqləşdirə bilməmişiksə, deməli, destruktiv tərəfin kim olduğu bəllidir”.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatında Rusiya FTX-nin monitorinqi deyil, birbaşa nəzarətindən söhbət gedir. Bəyanatın 9-cu bəndində deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Göründüyü kimi, Ermənistan növbəti dəfə bəyanatın mətnini təhrif edir.

Teqlər: