İrəvan Bakıdan gələn təhlükədən danışır… – Əmirbəyov

İrəvan Bakıdan gələn təhlükədən danışır… – Əmirbəyov

Lüksemburqun “L’essentiel” portalında “Gizli müharibə fonunda Lüksemburqda təsir mübarizəsi” sərlövhəli məqalə dərc olunub.

AzerTimes xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu fikri xüsusi vurğulanıb: “Biz siyasi mübadilələri ticarət mübadiləsi səviyyəsinə qaldırmalıyıq”.

Qeyd edilib ki, E.Əmirbəyov Lüksemburq rəsmiləri ilə görüşdə Azərbaycanın strateji mövqeyi, Ukrayna müharibəsi fonunda təbii qaz ehtiyatları barədə danışıb, eləcə də paytaxt Bakının Lüksemburqun “Cargolux” yükdaşıma şirkəti üçün əsas hab olduğunu vurğulayıb.

Ermənistanla bağlı məsələyə toxunan Prezidentin köməkçisi deyib:

“Ermənistan Azərbaycandan gələn təhlükədən danışır, lakin özü əsgərlərimizə atəş açmaqla atəşkəsi pozur. İki ölkə razılaşmalı, sərhədləri açmalı və diplomatik əlaqələr qurmalıdır”.

Jurnalistin Cənubi Qafqazla bağlı sualını cavablandıran Lüksemburqun xarici işlər naziri Ksavye Bettel bütün Qafqaz ölkələri ilə dialoqun davam etdirilməsinin, eləcə də müvafiq tərəflərə siyasi mesajların ötürülməsinin, müxtəlif dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini qeyd edib. O bildirib ki, Lüksemburq Ermənistana hərbi dəstək vermir aparır.

Teqlər: