Ermənistan Azərbaycandan qaz alışını müzakirə etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentin İqtisadi məsələlər komissiyasının sədr müavini Babken Tunyan bildirib
Tunyanın sözlərinə görə, İrəvan Bakıdan asılı olmaqdan qorxmur, çünki o, yalnız bir ölkədən mavi yanacaq almayacaq.
Qeyd edək ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçəcəyi təqdirdə Azərbaycandan qaz almağa hazır olduqlarını bəyan edib.