Ermənistan və Türkiyə bütün problemləri həll edə, münasibətləri tamamilə normallaşdıra bilər.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Sərhədləri açmağa, diplomatik münasibətlər qurmağa həmişə hazır olmuşuq, indi də hazırıq. Türk qonşularımızın siyasi iradəsi olarsa, o zaman sabah da münasibətlərimizi tamamilə normallaşdıra bilərik”, – o bildirib.