Ermənistan “Akaş” zenit-raket kompleksini Hindistandan 600 milyon dollara alıb.
AzerTimes xəbər verir ki, bu barədə ANİ agentliyi Hindistanın Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, “Akaş”lar Ermənistana bir neçə aya tədarük edilə bilər.
Qeyd edək ki, 2020-ci ildə Ermənistan Hindistandan dörd mobil “Svati” radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.
Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi – ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək.
Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir.