Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın bütün üstünlüklərindən uğurla yararlanıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Artem Turov deyib.
Onun sözlərinə görə, ötən il Ermənistan iqtisadiyyatı 12%-dən çox artım nümayiş etdirib:
“200 milyonluq bazara çıxmaq Ermənistanın müəssisə və bizneslərinə iqtisadiyyatı inkişaf etdirmək və büdcəni doldurmaq imkanı verir”.