Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası Müdafiə Nazirliyinin ABŞ-la kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin qüvvədə olma müddətinin üçüncü dəfə uzadılması təklifini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan bildirib ki, razılaşma ilk dəfə 2000-ci ildə imzalanıb və iki dəfə uzadılıb. Bu dəfə müddətin 2030-cu ilə kimi uzadılması təklif olunur.
Deputatlar müddətin uzadılmasına səs veriblər və məsələni parlementin iclasının gündəliyinə daxil edib.