İrəvan AB-nin “qara siyahısı”ndan çıxmağa çalışır

İrəvan AB-nin “qara siyahısı”ndan çıxmağa çalışır

AB-nin aviasiyasının “qara siyahısı”ndan çıxmaq üçün Ermənistan problemlərinin ən azı yarısını həll edib.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

“Gələn il Ermənistanın aviasiya sektoruna 1,6 milyard dramın ayrılması planlaşdırılır. “Qara siyahı”dan çıxmaq baxımından kifayət qədər aktiv fazaya daxil olmuşuq. Qarşılaşdığımız problemlərin ən azı yarısını həll etmişik. İndi digər yarısını həll etməklə məşğuluq. Ayrılan vəsait təlimlər və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub”, – o bildirib.

Qeyd edək ki, Ermənistan aviasiyası 2020-ci ilin iyun ayından AB-nin “qara siyahısı”ndadır.

Teqlər: