İrəvan AB-nin bu qərarını alqışlayır – Mirzoyan

İrəvan AB-nin bu qərarını alqışlayır – Mirzoyan

Ermənistan Moldova və Ukraynanın AB ilə üzvlük danışıqlarını alqışlayır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.

“Hökumətimiz Avropa Komissiyasının Avropa Şurasına Moldova və Ukraynanın üzvlüklə bağlı danışıqlara başlaması və Gürcüstana namizəd statusunun verilməsi təklifi ilə bağlı qərarını alqışlayır. Bu qərar təkcə Ermənistan hökuməti tərəfindən deyil, həm də Avropa istəkləri olan Ermənistan xalqı tərəfindən müsbət qarşılanır”, – Mirzoyan bildirib.

Teqlər: