İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.
AzerTimes Oxu.Az-a istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
İyulun 23-də cüdoçudan götürülən dopinq testinin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.
İdmançı, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək hüququna malikdir.
Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris Olimpiadası avqustun 11-də başa çatacaq.