İraq Mərkəzi Bankının qızıl və xarici valyuta ehtiyatları 85 milyard dolları keçib.
AzerTimes xəbər verir ki, bu, İraq valyuta ehtiyatlarının 2003-cü ildən bəri ən yüksək göstəricisidir.
Proqnozlara görə, bu ilin sonuna qədər İraq Mərkəzi Bankının ehtiyatlarının həcmi 90 milyard dollara çatacaq. Əgər bu proqnoz özünü doğrultsa, o zaman Yaxın Şərq və Şimali Afrika ölkələri arasında qızıl-valyuta ehtiyatlarına görə İraq Səudiyyə Ərəbistanı, İsrail və BƏƏ-dən sonra 4-cü yeri tutacaq.