İraqın şimalında türk əsgəri həlak olub

İraqın şımalında PKK terror təşkilatı silahlıları tərəfindən atəşin açılması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Hadisə Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi “Pençe” antiterror əməliyyatı bölgəsində yerləşən Hakurk bölgəsində baş verib.


Silahlılar yolda patrul xidməti aparan bir qrup hərbçiyə atəş açıblar.

Nazirlik hərbi qulluqçunun ölümü ilə əlaqədar başsağlığı verib.