İraqın şimalında əməliyyat keçirə bilərik – Kənani

İraqın şimalında əməliyyat keçirə bilərik – Kənani

İraqın şimalındakı Kürd Muxtariyyəti ərazisində yerləşən müxalif təşkilatlara qarşı əməliyyat keçirə bilərik.

AzerTimes xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“İraq öz ərazisindəki silahlı terror qruplaşmalarını tərk-silah etməli, onları hərbi kazarmalarından evakuasiya edərək İraq hökumətinin nəzərdə tutduğu düşərgələrə köçürməlidir”, – Kənani bildirib.

O, bununla bağlı İraq hökumətinə verilən möhlətin sentyabrın 19-da başa çatacağını söyləyərək, müddətin növbəti dəfə uzadılmayacağı barədə xəbərdarlıq edib.

Teqlər: