İraq təhlükəsizlik qüvvələri Mosuldakı bir evin dağıntıları altında təxminən 1,6 milyon dollar, kiloqramlarla gümüş və qızıl sikkələr aşkar ediblər.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İraq xəbər portalı “Shafaq news” məlumat verib.
Bildirilir ki, tapilan pul, qızıl və gümüş uzun müddət şəhəri nəzarətləri altında saxlayan “İslam dövləti”nə məxsus olub. Silahlıların “bank”ının izinə polis gizli məlumata əsasən düşə bilib.
Qeyd edilir ki, dağıntılar altından 1,59 milyon dollar, 15 kiloqram gümüş və küllü miqdarda qızıl sikkələr aşkar edilib.