İraqın Ərbil şəhərinə raket zərbələri endirilib

İraqın Ərbil şəhərində güclü partlayışlar baş verib.

Trend xəbər verir ki, yerli sakinlər bunun ABŞ konsulluğuna
hücum olduğunu bildiriblər.

ABŞ-ın Bağdaddakı səfirliyində sirenlər səslənib. Hələlik baş
verənlərlə bağlı rəsmi versiya yoxdur. Yerli sakinlərə istinadən
verilən məlumata görə, İraqda baş verən partlayışdan sonra ABŞ
Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

İraq Milli Xəbər Agentliyi bir neçə raketin ABŞ Baş Konsulluğu
yaxınlığında yerə düşdüyünü bildirib. Həmin ərazidə ən azı üç
partlayış olub. Hakimiyyət bölgədə hava hərəkətini dayandırıb.

Hazırda ölənlər və yaralananlar barədə məlumat yoxdur.