İraqın Erbil hava limanına PUA ilə hücum edilib

İraq Kürdüstanındakı Erbil hava limanı yaxınlığında pilotsuz uçuç aparatı partlayıcı endirib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi İraqın tərkibində Kürdüstan muxtar rayonunun hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, həmin ərazidə ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunan baza yerləşir.


Bildirilib ki, İraq Kürdüstanın hakimiyyəti hücumun hədəfinin ABŞ ordusu olduğunu hesab edib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı qeyd edilib.