ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya hərbçilərini İraqı tərk etməyə çağırırıq.
AzerTimes xəbər verir ki, İraq Baş naziri Məhəmməd Sudani Davos İqtisadi Forumunda bildirib.
“İraqın təhlükəsizliyi və sabitliyi üçün beynəlxalq koalisiya missiyasının başa çatması lazımdır. Bu, həm də İraq və koalisiya ölkələri arasında konstruktiv ikitərəfli münasibətləri saxlamaq üçün vacibdir”, – o qeyd edib.