İraqın təhlükəsizlik qüvvələrinin Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatı zamanı 4 silahlı saxlanılıb.
AzerTimes xəbər verir ki, əməliyyat Havicə çölündə baş tutub.
Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.