İraqda xüsusi əməliyyat: 38 terrorçu yaxalandı

İraqda xüsusi əməliyyat: 38 terrorçu yaxalandı

İraqda təhlükəsizlik qüvvələri Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Kərkükün əməliyyatlar üzrə komandanı Əli Freci “Anadolu” agentliyinə deyib.

O bildirib ki, əməliyyat zamanı 38 terrorçu saxlanılıb, çoxlu sayda silah-sursat isə ələ keçirilib.

Bundan başqa, 8 bunker məhv edilib, 17 bomba və çoxlu silah-sursat müsadirə olunub.

Qeyd edək ki, İŞİD 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində terrorçulardan geri alınıb.

Teqlər: