İraqın cənubunda Di-Kar vilayətində yerləşən Nəsiriyyə şəhərində koronavirusa yoluxanların müalicə aldığı xəstəxanada yanğın baş verib.
AzerTimes-ın məlumatına görə, “İmam Hüseyn” adına xəstəxanada oksigen balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb.
Yanğın zamanı 40 nəfərin öldüyü bildirilir, 70 pasiyent xilas edilib. Hazırda xəstəxana köməksiz vəziyyətdə qalanlar var.