İraqda xəstəxanada baş verən yanğında həlak olanların sayı artıb

İraqın Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirusa yoluxanların müalicə aldığı xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, yanğında ölənlərin sayı 124 nəfərə çatıb. Daha əvvəl 92 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, hazırda ölənlərin kimliyinin müyyən edilməsi prosesi davam edir. Qeyd edilir ki, ölənlərin sayı arta bilər.

Xatırladaq ki, iyulun 13-ü baş verən yanğına oksigen balonunun partlaması səbəb olub.