İraqın şimalında dəfn mərasiminə silahlı hücum edilib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvləri tərəfindən edilən hücum nəticəsində 7 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, terrorçular Səlahəddin əyalətində (Bağdaddan 45 kilometr şimalda) cənazə xidmətləriynən məşğul olan təşkilatın avtomobilinə hücum ediblər.
Bildirilir ki, ölənlər arasında təşkilatın əməkdaşları, dinc sakinlər, həmçinin İraqın təhlükəsizlik xidmətlərinin nümayəndələri də olublar.
Yerli hakimiyyət orqanları ən qısa zamanda silahlıları tapıb cəzalandıracaqlarını vəd edərək, hadisə ilə bağlı araşdırmanın başladığını elan ediblər.