İraqda ABŞ tərəfindən istifadə edilən Əyn-əl-Əsəd hərbi-hava bazasının raket hücumuna məruz qalması nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.
C.Kirbi bildirib: “ABŞ hərbçiləri və vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur”. Onun sözlərinə görə, raket hücumu nəticəsində bir nəfər müqavilə ilə çalışan yerli əməkdaş həlak olub.
Mətbuat katibi əlavə edib ki, raket hücumu ilə əlaqədar araşdırma aparılır.
Xatırladaq ki, ötən gün İraqın Anbar əyalətində yerləşən Əyn-əl-Əsəd hərbi-hava bazasının ərazisinə azı 10 raket atılıb.