İraqda ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində həlak olanlar üçün milli matəm elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında bildirilib.
“Bu gün Ənbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ-ın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.