İraqda kəskin istilər: Dövlət qurumları tətil edir

İraqda kəskin istilər: Dövlət qurumları tətil edir

İraqda davam edən kəskin istilər insanların onsuz da çətin olan həyat şəraitini dözülməz edir.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, bəzi şəhərlərdə temperaturun 50 dərəcəni keçməsi səbəbindən dövlət qulluqçularına evə getmək icazəsi verilib.

Ən azı 10 vilayətdə dövlət qurumları fəaliyyətini dayandırıb.

Bundan əlavə, ölkədə tez-tez enerji verilişində fasilə yaranır ki, bu da insanların yaşamına olduqca mənfi təsirini göstərir.

Bidirilib ki, İraqda bu il ərzində qum fırtınaları da kəskin artıb. BMT İraqı iqlim dəyişikliyinə ən həssas ölkələrdən biri kimi dəyərləndirir.

Ümumən isə Yaxın Şərq ölkəsi İraq Yer Kürəsinin ən isti ölkələrdən sayılır.

Teqlər: