İraqın Kərkük əyalətində İŞİD terrorçuları beşinci polis briqadasına hücum ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Alsumaria” telekanalı mənbəyə istinadən xəbər verib.
Məlumata əsasən, hücum nəticəsində 3 polis əməkdaşı həlak olub, 1-i isə xəsarət alıb.
Qeyd edək ki, bir həftə öncə İŞİD ekstremistləri Kərkükdə polis nəzarət-buraxılış məntəqəsinə hücum etmişdilər. Hücum nəticəsində 13 polis əməkdaşı həlak olmuşdu.