İraqın Neynəva əyalətində pilotsuz uçuş aparatının avtomobilə hücumu nəticəsində 5 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq Nyus” portalı məlumat yayıb.
Əyalət təhlükəsizlik rəsmisinin sözlərinə görə, dron dörd kişi və bir qadının olduğu avtomobili hədəf alıb.
Hadisə nəticəsində onların hamısı həlak olub, avtomobil isə yanıb.