İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb

İraqda baş verən ağır yol qəzasında ən azı 14 nəfər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, qəza El-Mutanna əyalətindəki magistral yolda baş verib.

Bildirilir ki, mikroavtobus sərnişin avtobusu ilə toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi alışıb. Sərnişinlərin çoxu çıxa bilmədiklərindən diri-diri yanıblar.


İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitəsi sürücülərinin sürət həddini aşması və diqqətsizliyi olub.

Hadisə yerinə gələn xilasedicilər üç nəfəri sağ xilas etməyi bacarıblar. Hadisə ilə bağlı istintaq aparılır.

Teqlər: