İraqın Ənbar əyalətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn-əl-Əsəd aviabazası raket atəşinə tutulub.
AzerTimes xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat yayıb.
Bildirilib ki, 2 ədəd Qrad raketi baza ətrafında açıq əraziyə düşüb.
Hücum zamanı dağıntı və tələfat yoxdur.
Qeyd edək ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi fonunda son zamanlar ABŞ hərbi kontingentinin Suriyada yerləşdiyi bazalara hücumların sayı artıb.