İraq və Suriyadan gətirilənlərlə bağlı sosial reabilitasiya planı hazırlanıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan repatriasiya olunmuş
hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya
planı hazırlayıb.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, səyyar formada həyata keçirilən
psixoloji konsultasiyalar zamanı travma sonrası müşahidə olunan
əlamətlərin kəskinliyi qiymətləndirilir. Nəticəsinə uyğun olaraq
həm repatriasiya edilmiş uşaqlar, həm də ailə üzvləri ilə psixoloji
və sosial-psixoloji dəstək işləri aparılır.

Aprel ayı ərzində artıq 20 ailəyə səfərlər edilib və 46 nəfəri
uşaq olmaqla, ümumilikdə 57 repatriantla 62 seans həyata
keçirilib.

2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları
mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin
reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə
birgə həyata keçirilir.

Teqlər: