İraq Türkman Cəbhəsinin keçmiş rəsmisi qətlə yetirildi

İraq Türkman Cəbhəsinin keçmiş rəsmisi qətlə yetirildi

İraq Türkman Cəbhəsinin təhlükəsizlik idarəsinin keçmiş rəhbəri Əhməd Tahir Kərkükdə öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsinin rəhbəri Həsən Turan yaydığı bəyanatda bildirib.

Məlumata görə, o, evinin qarşısında, avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həyatını itirib.

Həsən Turan baş nazir və İraq ordusunun Baş Qərargah rəisi Məhəmməd Şia Sudanidən xaincə həyata keçirilən terror aktının arxasında duranların tez bir zamanda həbs olunmasını istəyib.

Əhməd Tahrin dəfn mərasimi İraq Türkman Cəbhəsinin Kərkükdəki əsas qərargahında keçiriləcək.

Teqlər: