İraq Suriya ilə sərhədi tamamilə bağladı

İraq Suriya ilə sərhədi tamamilə bağladı

İraqla Suriya arasında sərhəd tamamilə bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Tansim” agentliyi məlumat yayıb.

Bildirilir ki, müvafiq əmri sərhəd qoşunlarının komandanı, general Məhəmməd Əbdülvahab əl-Suaydi verib.

Qeyd edək ki, bundan əvvəl Suriyada hərbi çevrilişə cəhd barədə məlumat yayılıb. Yerli media Suriya ordusunun Dəməşqdəki baş qərargahı yaxınlığında atışmanın baş verdiyini yazıb. İlkin məlumatlara görə, bir qrup zabit komandanlığa qarşı üsyana başlayıb və inzibati binaları ələ keçirməyə cəhd edib.

Bundan əvvəl İranın Suriyanın Hələb şəhərindəki Baş Konsulluğu silahlı şəxslərin hücumuna məruz qalıb. Konsulluq əməkdaşlarından xəsarət alan olmayıb.

Ötən gün günorta saatlarında İraq Suriya ilə sərhədi gücləndirmək üçün tədbirlər görməyə başlamışdı.

Teqlər: