İraq şiə qrupunun sözçüsü güllələndi

İraq şiə qrupunun sözçüsü güllələndi

İraqın şiə radikal qruplarından biri “Əsaib Əhl əl-Həqq”in sözçüsü naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” şəbəkəsi məlumat yayıb.

Məlumata əsasən, hadisə İraqın Meysan vilayətində baş verib. “Əbu Əli” ləqəbli dəstə üzvü Əl-Kəbi avtomobildə gedərkən bir neçə silahlı motosikletçinin hücumuna məruz qalıb.

Hələlik hücumun məsuliyyətini heç bir qrup üzərinə götürməyib.

Qeyd edək ki, “Əsaib Əhl əl-Həqq” ABŞ qüvvələrini tamamilə geri çəkilməyə məcbur etmək istəyən, ABŞ-ın İraqdakı diplomatik və hərbi varlığına qarşı hücumlar həyata keçirən və İran tərəfindən dəstəklənən İraq radikal şiə qrupudur. ABŞ bu qrupu xarici terror təşkilatları siyahısına daxil edib və təşkilatın liderləri terrorçu elan olunub.

Teqlər: