İraq Prezidenti Bərham Saleh İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunu ratifikasiya edib.
AzerTimes xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
İraq prezidenti parlament tərəfindən İsraillə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanunu qəbul edib. Prezidentin nümayəndələri onun mövqeyini təsdiqləyiblər.
Qeyd edək ki, bir ay əvvəl İraqın parlamenti İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanun qəbul edib