İraq Prezidenti İlham Əliyevi təbrik etdi

İraq Prezidenti İlham Əliyevi təbrik etdi

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayırıq. Uca və Qadir Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, dost xalqınıza xeyir və firavanlıq diləyirik.

Sizin yenidən Prezident seçilməyiniz peşəkarlığınız, səriştəniz və siyasi təcrübəniz sayəsində möhtərəm xalqınızın Sizə olan yüksək etimadını və fəaliyyətinizin təqdir olunmasını əks etdirir.

İraqın müxtəlif sahələrdə dost ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə əməkdaşlığı davam etdirmək və qarşılıqlı əlaqələrin inkişafına nail olmaq istəyini Zati-alinizin diqqətinə bir daha çatdırırıq”.

Teqlər: