Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanda səfərdə olan İraq Prezidenti Əbdüllətif Rəşidlə görüşüb.
AzerTimes erməni mediasına istinadən xəbər verir ki, Qaregin görüş zamanı Ə.Rəşidin Ermənistana səfərinin daha yaxşı inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.
İraqın erməni icması haqqında danışan katolikos qeyd edib ki, bu, Ermənistan-İraq münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.
Öz növbəsində İraq prezidenti Əbdüllətif Rəşid bildirib ki, Ermənistana səfər iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti daha da gücləndirmək və inkişaf etdirmək məqsədi daşıyır.
Prezident həmçinin katolikosu İraqa səfərə dəvət edib.