Məhəmməd Halbusi İraq parlament sədri vəzifəsini tərk etdiyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq Nyus” məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 28-də parlamentin iclası keçiriləcək və həmin gün spikerin istefa verməsi və parlament sədrinin birinci müavininin seçilməsi ilə bağlı səsvermə olacaq.