İraq İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışları üçün dörd qrup yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə İraq Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 20 nəfərlik xilasetmə qrupları tezliklə əraziyə göndəriləcək.
Qeyd edək ki, indiyədək əraziyə 20 xilasetmə qrupu göndərilib, lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı hələlik nəticə verməyib.