İraq mart ayında 11,07 milyard dollar xalis mənfəətlə 1972-ci
ildən bəri ən yüksək neft ixracından gəlir əldə edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Neft Nazirliyinə
istinadən “Shafaq news” portalı xəbər yayıb.
Portalın məlumatına əsasən, İraq mart ayında 101 milyon
barreldən artıq neft ixrac edib. İxrac edilən neftin əhəmiyyətli
hissəsi ölkənin mərkəzi və cənub bölgələrindəki yataqlardan
(təxminən 99 milyon barel), 1 milyon bareldən çoxu isə Kərkük
əyalətindəki yataqlardan əldə edilib.
Statistikaya görə, İraq gündə təxminən 3,244 milyon barel hasil
edib və İraqın ixrac etdiyi neftin orta qiyməti bir barel üçün 110
dollar olub.