Xəbər - Orxan Nəbiyev – Trend:
İraq hökuməti gələn ilin əvvəlində Küveyt ərazisinə 1990-cı ildə baş vermiş təcavüz nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilən təzminatın ödənilməsini başa çatdıracaq.
Trend-in məlumatına görə, bunu İraq baş nazirinin maliyyə müşaviri Mazhar Məhəmməd Saleh deyib.
O bildirib ki, oktyabrın sonunda İraq hökuməti Küveytə 490 milyon dollar vəsait köçürüb. Təzminatın qalan 629 milyon dollarının 2022-ci ilin əəvvəlində köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, 1990-cı ilin avqustunda İraq ordusu Küveytə hücum etmişdi. 1991-ci ilin martında BMT Təhlükəsizlik Şurası İraqın Küveytə 52,4 milyard dollar təzminat ödəməsi barədə qərar vermişdi.