İraq İranın ən böyük bankı olan İran Milli Bankının lisenziyasını ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, bu qərarın əsas səbəbi İran Milli Bankına beynəlxalq embarqo qoyulması olub.
Qeyd edək ki, 2018-ci ildə ABŞ SEPAH-ın İraqdakı silahlı qruplara maliyyə vəsaiti köçürmək vasitəsi kimi Milli Bankdan istifadə etdiyinə görə bu qruma sanksiya tətbiq edib.