İran və Türkiyə ilə sərhədlərimizə nəzarət etmək üçün nəzarət-buraxılış məntəqələrinin və müşahidə qüllələrinin tikintisi, kameraların quraşdırılması üçün büdcə ayrılıb.
AzerTimes xəbər verir ki, bunu İraqın daxili işlər naziri Əbdül-Əmir əl-Şəmmari deyib.
Bununla bağlı rəsmi Ankara ilə koordinasiya aparıldığını deyən naziri qeyd edib ki, Türkiyə hakimiyyəti ölkəsi ilə sərhəddə bazaların yaradılması üçün 17 yer müəyyən edib:
“Sincarda Türkiyə ilə sərhəddə 65 kilometr uzunluğunda beton divar tikilib. İraq sərhədi bizim qırmızı xəttimizdir, biz bunu diqqətdən kənarda qoymuruq və bütün qonşu ölkələrlə əməkdaşlıq edərək “sızma” və qaçaqmalçılığın qarşısını almağa çalışırıq”.