İraq Xarici İşlər Nazirliyi İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə İraq XİN-dən məlumat verilib.
“Bu gün İraq Xarici İşlər Nazirliyi İranın Ərbilə son hücumları nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması ilə əlaqədar Tehrandakı səfiri Nasir Əbdül Möhsünü məsləhətləşmələr üçün geri çağırıb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.