İraq parlamenti eynicinsli münasibətləri maksimum 15 il həbs cəzası ilə cəzalandıran qanunu qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə İraq parlamenti məlumat yayıb.
Məlumata görə, bu addım dini dəyərləri qorumaq məqsədi daşıyır:
“Bu qanun İraq cəmiyyətini dünyanı bürüyən mənəvi pozğunluqdan və homoseksuallığa təhrikdən qorumaq məqsədi daşıyır. Yeni qanunda bioloji cinsiyyətini dəyişdirən və ya qəsdən qadın geyimi geyinənlərə 1 ildən 3 ilə qədər həbs cəzası da nəzərdə tutulub”.
Qeyd edək ki, qanun layihəsi əvvəlcə eynicinsli münasibətlərə görə ölüm cəzasını ehtiva edirdi, lakin ABŞ və Avropa ölkələrinin kəskin etirazından sonra qanuna düzəliş edildi.