İraq Baş naziri Məhəmməd Şiya Sudani Suriyaya səfər edib.
AzerTimes xəbər verir ki, Sudani 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Suriyaya səfər edən ilk İraq baş naziri olub.
İraq Baş naziri paytaxt Dəməşqdə rəsmi mərasimlə qarşılanıb və ölkənin prezidenti Bəşər Əsədlə bir araya gəlib.
Görüşdən sonra verilən açıqlamada tərəflərin narkotik qaçaqmalçılığına qarşı mübarizə, Kərkük –Banyar neft boru xəttinin yenidən açılması, iqtisadi əməkdaşlıq və İŞİD-lə mübarizə kimi məsələləri müzakirə etdiyi bildirilib.