İraq bankları ABŞ-ın sanksiyalarını pozaraq İran rejiminə və SEPAH-a milyardlarla dollar köçürüb.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Bu əməliyyatlar ABŞ-ın İraq üçün hazırladığı sistem vasitəsilə SEPAH və ona bağlı proksi qruplarını maliyyələşdirmək məqsədi ilə həyata keçirilib.
Pul köçürmələri fəaliyyətlərinin əsas aparıcısı iraqlı sərmayəçi Əli Qulam adlı şəxs olub. Bu pulların böyük bir hissəsi SEPAH və onunla əlaqəli qrupların hesablarına köçürülüb.