Bakıda İran vərəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Rəşad Məmmədova hökm oxunub və o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İttiham aktına əsasən, R.Məmmədov özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq edib.
Belə ki, o, tanışı, İran vətəndaşı Eynullahi Pərviz Möhübəli və qeyrisi ilə birlikdə İran vətəndaşı Xarəzmi Əlirza Qurbanın bacısı oğlu Arzumanzadə Qulamrza Məhəmməd Əlinin barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə veriləcək cəzanı yüngülləşdirməyə kömək edəcəyi vədini verib. R.Məmmədov həmin işə görə onlardan 81 min manat pul alıb. Daha sonra verdiyi vədə əməl etməyib.