Bəziləri dəfn mərasimlərində saz çalıb oxuyur və mollanın təbliğat aparmaq üçün yasa gəlməsinə ehtiyac görmür.
AzerTimes xəbər verir ki, bu barədə İran dini mədrəsəsinin ruhanisi Məhəmməd Cavad Fazil Lənkərani deyib.
O, ölkədəki əsas problemin düşmən planının bir hissəsi olduğunu iddia edib və insanların ruhanilərə olan münasibətindən gileylənib:
“Vəziyyət o həddə çatıb ki, yas mərasimində belə bəziləri saz çalıb oxuyur. Düşmən hətta o həddə qədər nüfuz edib ki, “yasda ruhaninin gəlib camaata moizə deməsinə nə ehtiyac var?” fikri formalaşıb. Onların çoxu “Mən öləndə vaiz gətirmə” şerinə istinad edirlər. Belə çıxır ki, düşmən həmişə işləyir, boş durmur”.