İranlılar kapitallarını Türkiyəyə daşıyır

İranlılar kapitallarını Türkiyəyə daşıyır

Türkiyədə baş verən dəhşətli zəlzələyə baxmayaraq, cari ilin ilk iki ayı ərzində iranlıların Türkiyədə ev və daşınmaz əmlak alma halları artmaqda davam edib.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası Türkiyə Dövlət Statistika Mərkəzinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, iranlılar yanvar ayında 526, fevral ayında isə 446 ev almaqla Rusiyadan sonra Türkiyə Cümhuriyyətində bu sahədə ikinci yeri tutublar.

“İranda mənzil bazarının misli görünməmiş tənəzzülə uğradığı və maliyyə bazarlarının iqtisadi böhrandan təsirləndiyi bir vaxtda Türkiyəyə kapital axınının intensivləşdiyi müşahidə olunur”, – İran mediası yazıb.

Teqlər: